*FOR ENGLISH PLEASE SCROLL DOWN

Mountain Host Azerbaijan, ölkənin ucqar kəndlərinə, yüksəkliklərə, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşən göl, şəlalə, tarixi abidələrə və dağ zirvələrinə həftə sonları və sifarişlə ekoloji (macəra və ekstremal) turların təşkili ilə məşğuldur.Turlar təşkil olunan yerlərdə ekoloji turizmin tələblərinə bacardığımız qədər riayət etməyə çalışırıq. Belə ki, təbiətə təsirimizi minumuma endirir, kənd evlərində gecələyir və qidanı mümkün qədər kəndlilərdən alır, dağlıq ərazilər və yolsuzluq şəraiti üçün lazım olan nəqliyyatı yerli əhalidən əldə edirik. Getdiyimiz ərazilərdə və virtual olaraq ekoloji maarifləndirmə işləri aparırıq.Mountain Host Azerbaijan olaraq ölkə ərazisində ekoloji cığırların salınmasında ilklərə imza atırıq. 2017-ci ilin Noyabr ayında üç başqa turizm təşkilatı ilə bir yerdə ölkədə ilk ekoloji cığırın salınmasını həyata keçirdik və bu da son deyil. Bu işi davamlı olaraq edəcək və bələdçisiz də ekoturizmə marağı olan kəslərin sərbəst səyahət etməsinə öz töhvəmizi verməyə çalışacağıq. Həmçinin getdiyimiz ərazilər marşrut şəklinə salınır və ümumi istifadə üçün “Endomondo” tətbiqinə yüklənilir. İstənilən şəxs bu tətbiqdən istifadə edib və ya GPS cihazlara yükləyib marşrutu tamamlaya bilər.


Mountain Host Azerbaijan is organizing ecological (adventure and extreme) tours to the lakes, waterfalls, historical monuments located in mountain, remote villages, mountain peaks, highlands, high mountainous areas, and woodlands. We do our best to follow the requirements of ecological tourism in places where tours take place. So we minimize our impact on nature, overnight in rural homes, and supply our food and off-road vehicles from the locals. We also conduct environmental awareness activities in the areas we travel and promote it on the internet. As Mountain Host Azerbaijan, we are one of the first organizations to open artificial ecological passages in our country. In November 2017, we opened our first ecological passage with the help of 3 other tourism organizations and this is only the beginning. We will try to make it to the point where people interested in eco-tourism can travel without any kind of assistance of guides. Also, the routes we use in our tours are uploaded to “Endomondo” and are available for public use. Anyone can download this application and complete the route by themselves.